Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ayaks'' finala çıxmaq istəyir

''Ayaks'' finala çıxmaq istəyir

Tarix: 30 Aprel 2019 11:08

"Çempionlar Liqasının yarımfinalında oynamağımız təəccüblüdür.  Mövsümün əvvəlində Hollandiyadan bir klubun bu mərhələyə gələcəyini heç kim gözləməzdi. Hazırda uğurlu çıxış edirik, amma daha artığını istəyirik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Ayaks"ın baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının yarımfinalında bu gün keçiriləcək  "Tottenhem"lə ilk oyun öncəsi deyib.

O, hazırda komandasının çox yaxşı durumda olduğunu bildirib: "Fiziki cəhətdən də yaxşı formadayıq. Maksimum gücümüzü meydanda göstərə bilərik.

Ağır matç olacaq. Rəqibə hörmət etmək lazımdır. Biz həmişə belə edirik. Qol imkanlarından maksimum istifadə etməliyik".

 


Etiketlər:  Ayaks finala çıxmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ