Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mətanət Alim Qasımovun toya dəvətini qəbul etmədi? - O toyu mən idarə etməli idim - FOTO

Mətanət Alim Qasımovun toya dəvətini qəbul etmədi? - O toyu mən idarə etməli idim - FOTO

Tarix: 15 Fevral 2022 10:55

Bir müddət əvvəl Ümid və Fatimə cütlüyünün möhtəşəm toy məclisində iştirakı gözlənilən Mətanət Əsədovanın ustadı Alim Qasımovun ailəsinin bu xoş günündə iştirak etməməsinin səbəbi bilinib.

Milli.Az xəbər verir ki, xanım sənətçi buna "Həmin Zaur" verilişində aydınlıq gətirib.

Mətanət bu haqda deyib:

"Bu yaxında ustadım Alim müəllimin gözəl nəvəsi Fatimə xanımın toyu olub. Buradan o ailəni təbrik edirəm. O qədər hazırlaşmışdım və o toyu da mən idarə edəcəkdim. Çox əfsuslar olsun ki, mən xəstə oldum, soyuqladım, o toyda iştirak edə bilmədim". 

Xatırladaq ki, Ümid Xalq artisti Natiq Şirinovun, Fatimə isə digər Xalq artistimiz Alim Qasımovun qızı Fərqanənin övladıdır.

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Mətanət Alim Qasımovun toya dəvətini qəbul etmədi O toyu mən idarə etməli idim FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ