Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda doğulan Rusiyanın Əməkdar artisti vəfat etdi

Lənkəranda doğulan Rusiyanın Əməkdar artisti vəfat etdi

Tarix: 15 Fevral 2022 16:20

Rusiyanın Əməkdar artisti Gennadi Mitrofanov 81 yaşında vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Karlar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, G.Mitrofanov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.  

Qeyd edək ki, sənətçi 1940-cı ildə Lənkəran rayonunun Liman şəhərində doğulub. O, 2 yaşında olarkən soyuqdəymə səbəbindən eşitmə qabiliyyətini itirib. Aktyor "Çarli haradadır?", "Romeo və Cülyetta", "Albalı bağı" tamaşalarında, "Boris Qodunov", "Dalğalar üzərində qaçan", "Alçaqlar" filmlərində oynayıb.

Milli.Az


Etiketlər:  Lənkəranda doğulan Rusiyanın Əməkdar artisti vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ