Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abramoviç Ukraynaya görə bir günə 778 milyon avro itirib

Abramoviç Ukraynaya görə bir günə 778 milyon avro itirib

Tarix: 15 Fevral 2022 17:38

İngiltərənin "Çelsi" klubunun rusiyalı sahibi Roman Abramoviç Ukraynadakı vəziyyət üzündən bir günə 778 milyon avro itirib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, Evraz" poladəritmə qrupunun səhmləri London fond birjasında 29 faiz enib. Səhmdarlar Rusiya şirkətlərinə qarşı mümkün sanksiyalardan ehtiyatlanıblar.

Abramoviç "Çelsi"ni 2003-cü ildə satın alıb. Ötən müddətdə "zadəganlar" 4 dəfə İngiltərə çempionu, hərəyə 2 dəfə Çempionlar Liqası və Avropa Liqasının, 1 dəfə UEFA Super Kubokunun, 5 dəfə İngiltərə Kubokunun, 3 dəfə Liqa Kubokunun və 2 dəfə İngiltərə Super Kubokunun qalibi olub.

Daha əvvəl bir sıra ölkələrin öz vətəndaşlarına təhlükəsizliklə əlaqədar Ukraynanı təcili tərk etməyi düşündüklərinə dair xəbərlər yayılıb.


Etiketlər:  Abramoviç Ukraynaya görə günə milyon avro itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ