Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 20:35
Əməkdar artist Gülbahar Şükürlü növbəti dəfə gözündən əməliyyat olunacaq.
Sonxeber.net xəbər verir ki, bu barədə lent.az-a qarmon ifaçısının özü məlumat verib:
"Bir neçə gün öncə bir gözümdən əməliyyat olundum, yaxın günlərdə isə digər gözümdən əməliyyat olunacam. Əməliyyat xəbərimi eşidib, bir çox insanlar mənə görə narahat olub. Narahatlığa səbəb yoxdur".
Qeyd edək ki, Əməkdar artist daha əvvəl Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu. Onun başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir müddət öncə xəstəxanaya getməkdən və əməliyyatdan imtina etmişdi.