Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə özünü körpüdən atan qadın xəstəxanada ölüb

Gəncədə özünü körpüdən atan qadın xəstəxanada ölüb

Tarix: 17 Fevral 2022 08:50

Gəncə şəhərində bir neçə gün əvvəl özünü körpüdən atan 50 yaşlı qadın yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Milli.Az "Report"a istinadən bildirir ki, 50 yaşlı V.Əliyeva müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, hadisə Bayraq Meydanının yaxınlığındakı körpüdə qeydə alınıb. V.Əliyeva özünü körpüdən ataraq intihara cəhd etmişdi. O, ağır xəsarətlərlərlə xəstəxanada müalicə alırdı. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Qadının psixoloji problemləri olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Gəncədə özünü körpüdən atan qadın xəstəxanada ölüb


RƏYLƏR