Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 09:20
Las-Veqas polisi 2019-cu ildə həmin vaxt Turinin "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldunu model Ketrin Mayorqaya qarşı seksual zorakılıq işi ilə bağlı həbs etmək istəyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, polis həmin vaxt hesab edib ki, futbolçu barədə ittiham irəli sürmək və həbs etmək üçün kifayət qədər sübutlar mövcuddur. Lakin prokuror Stiv Volfson məsələ ilə bağlı iş qaldırmayıb.
Qeyd edək ki, model Ketrin Mayorqa 2009-cu ildə Ronaldunun Las-Veqasda yerləşən otellərdən birində ona təcavüz etdiyini irəli sürüb. Onun iddiasına görə, Ronaldu bundan sonra ona 375 min dollar ödəyib və susmasını istəyib.