Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaz Ələsgərli İsveçə köçür?

Almaz Ələsgərli İsveçə köçür?

Tarix: 17 Fevral 2022 20:35

Əməkdar artist Almaz Ələsgərli evini kirayə verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Söhbət var" proqramında deyilib. Bildirilib ki, müğənni evini kirayə verib və İsveçə köçüb. 

"Kirayə qalanlar suyu açıq qoyub, aşağıdakı qonşunun evinə axıb. Sizi şikayət ediblər. İndi yeni kirayəçilər axtarırsınız" sözlərinə A.Ələsgərli "Kirayə verməyim düzdür. Amma su axıtmaq və şikayət olmayıb. İsveçə isə köçməmişəm. İki aydan bir ora gedib-gəlirəm" cavabını verib.

Qeyd edək ki, A.Ələsgərlinin qızı İsveçdə yaşayır və orada ailə qurub.

Milli.Az


Etiketlər:  Almaz Ələsgərli İsveçə köçür


RƏYLƏR