Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Daha çox top fərqi ilə qələbə lazım idi ki, bunu da bacardıq” - Dimitri Paye

“Daha çox top fərqi ilə qələbə lazım idi ki, bunu da bacardıq” - Dimitri Paye

Tarix: 18 Fevral 2022 09:16

"Heç bir avrokubok oyunu asan keçmir. Biz bu gün nəticə əldə etmək üçün bura gələn və yaxşı futbol oynayan komanda gördük".

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu "Marsel"in hücumçusu Dimitri Paye Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirilən ilk oyun barədə danışarkən deyib.

3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada son nöqtəni qoyan ulduz futbolçu nəticədən razılıq bildirib: "Daha yaxşı çıxış edə bilərdik. İkili qarşıdurmada hər şeydən əvvəl nisbətən daha çox top fərqi ilə qələbəni təmin etmək lazımdır. Bunu da bacardıq. Həmçinin bir az nəfəs almaq mənə ən böyük xeyir verdi. Az oynayan futbolçular da meydanda çıxmaq şansı qazandılar. Hər kəsə ehtiyacımız olacaq, ona görə də hamımız eyni səviyyədə olmalıyıq".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.


Etiketlər:  Daha çox fərqi ilə qələbə lazım bunu bacardıq Dimitri Paye


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ