Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Monika Belluçi Çin jurnalında... - FOTO

Monika Belluçi Çin jurnalında... - FOTO

Tarix: 18 Fevral 2022 15:40

İtaliyalı aktrisa Monika Belluçi "Schön!" Çin jurnalı üçün kamera qarşısına keçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, nəşrə müsahibəsində həyat müdrikliyindən danışıb: "Həyat elədir ki, hər birimizin yaxşı və pis vaxtları olur. Amma biz həm birinci, həm də ikincisindən dərs götürürük. Məhz belə bilik alırıq, təcrübə toplayırıq və, ola bilsin, müdrikləşirik".

Belluçi, həmçinin ilham pərisindən söz açıb: "Məni yaradıcılığımda həmişə italiyalı aktrisalar: Sofi Loren, Klaudiya Kardinale, Anna Manyani ilhamlandırırdılar. Bütün bu qadınlar öz ehtirasları uğrunda mübarizə aparırlar. Məhz buna görə "Mariya Kallas. Xatirələr məktublarda" tamaşasında oynamağa razılaşdım".

Qeyd edək ki, "Mariya Kallas. Xatirələr məktublarda" Tom Volfun "Mariya Kallas. Məktublar və memuarlar" kitabının əsasında hazırlanmış monotamaşadır. Tamaşa üç hissəyə bölünüb: birinci aktda yunanəsilli ABŞ opera müğənnisi Kallasın karyerasına başlamasından (1950-ci illər), ikinci aktda onun Aristotel Onassislə eşq münasibətindən (1960-cı illər), üçüncü aktda isə tənha həyatından (1970-ci illər) danışılır.  

Milli.Az


Etiketlər:  Monika Belluçi Çin jurnalında FOTO


RƏYLƏR