Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 16:20
Xalq artisti Həmidə Ömərova uzun illər sonra yenidən aparıcılıq edəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə "qafqazinfo"ya sənətkarın özü məlumat verib. Onun sözlərinə görə, aparıcısı olduğu "Kanal S-inema" verilişi həftədə bir dəfə efirə gedəcək:
"Uzun illərdir seriallara çəkilməyim səbəbindən aparıcılıq etmirdim. Telekanaldan təklif aldım, böyük məmnuniyyətlə qəbul etdim. Mənə doğma olan telekanalın gənclərdən ibarət kollektivi var, mən isə gənclərlə çalışmağı sevirəm".
Qeyd edək ki, H. Ömərova indiyədək "Retro", "Kinoştrix", "Seans" və s. verilişlərin aparıcısı olub.