Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Azərbaycan və Slovakiya yığmaları qarşılaşır

Bu gün Azərbaycan və Slovakiya yığmaları qarşılaşır

Tarix: 6 Sentyabr 2019 10:00

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Trend-in məlumatına görə, yığmamız “Dalğa Arena”da, saat 20:30-da başlayacaq oyunda Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunun Baş hakimi Deyan Yakimovski, Baş hakimin köməkçiləri isə Nikola Karakolev, Kushtrim Lika, və İqor Stoychevskidir. Hakimlər briqadası Şimali Makedoniyadandır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  gün Azərbaycan Slovakiya yığmaları qarşılaşır


RƏYLƏR