Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qırmızı xəbərdarlıq” edildi - Fırtına Britaniyanı viran qoydu - VİDEO

“Qırmızı xəbərdarlıq” edildi - Fırtına Britaniyanı viran qoydu - VİDEO

Tarix: 20 Fevral 2022 10:42

Böyük Britaniyada İngiltərə və Uelsi bürüyən şiddətli "Eunice" fırtınası gündəlik həyata mənfi təsir edib.

Səlahiyyətlilər fırtına ilə bağlı "qırmızı xəbərdarlıq" edib və insanları fövqəladə hallar istisna olmaqla, evdə qalmağa çağırıb.

Londonda vətəndaşlar fırtına səbəbiylə yolda getməkdə çətinlik çəkib, bəzi şəhərlərdə ağaclar yol kənarına aşıb, azı 2 nəfər yaralanıb.

London və Uelsdə fırtına səbəbindən qatarların hərəkəti dayandırılıb.

Aviasiya sahəsində araşdırmalar aparan "Cirium" şirkəti fırtına səbəbiylə ən az 436 uçuşun ləğv edildiyini açıqlayıb.

Səlahiyyətlilər vətəndaşlara xəbərdarlıq edib ki, səyahət planlarını ləğv etsinlər.

Milli.Az


Etiketlər:  Qırmızı xəbərdarlıq edildi Fırtına Britaniyanı viran qoydu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ