Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dırnaqlarınız laylanıb qırılırsa, bu xəstəliklərdən şübhələnin

Dırnaqlarınız laylanıb qırılırsa, bu xəstəliklərdən şübhələnin

Tarix: 20 Fevral 2022 20:00

Saçların, dırnaqların və dişlərin vəziyyəti təkcə onlara bahalı qulluqdan asılı olmur. Onlar həm də insanda sağlamlığın və avitaminozun güzgüsüdür.

Sonxeber.net dırnarların laylanıb, qopub soyulmasının səbəblərini təqdim edir.

Buna xaricdən səbəb dırnaqlara kimyəvi maddə təsiri, aseton, dırnaq boyası, şellak və soyuq hava, xlorlu su olsa da, daxili səbəblər də az deyil.

1. Göbələk infeksiyası - ən başlıca səbəbdir, çünki əl-ayaq barmaqları, dırnaq dibləri göbələyin ən çox sevdiyi yerdir

2. Vitamin-mineral çatışmazlığı - daha çox gənclərdə gizli səbəblərdən biridir.

B qrup, D, A, C, kalsiy, maqniy, sink selen çatışmazlığı zamanı saçlar və dırnaqlar zəifləyir, nazikləşir.

3. Anemiya, qanazlığı - dırnaqların dibində ağ xətt artır, rəngi ağarır

4. Qalxanvari vəzin hormonal pozuntusu orqanizmin bütün sistemlərinə təsir edir. Bu orqanın işi pozulanda orqanizm sanki sökülüb dağılır. Dırnaqlar da bu səbəbdən zəifləyir, nazilir, soyulur.

5. Şəkərli diabet - aşağı və yuxarı ətraflarda qan dövranını zəiflətdiyindən dırnaqların qanla təchizatı pozulur.

Dırnaq soyulması problemlərində terapevt və endokrinoloqa getmək lazımdır. /medicina.az


Etiketlər:  Dırnaqlarınız laylanıb qırılırsa xəstəliklərdən şübhələnin


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ