Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2019 11:40
Bakı. Rufiz Hafizoğlu - Trend:
Livanın Ankaradakı səfiri Həssən Müəllim Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Trend-in məlumatına görə, buna səbəb isə bir qrup şəxsin Beyrutda Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirməsi olub. Aksiya iştirakçıları Türkiyəni "terror ölkəsi" adlandırıblar.
Aksiya zamanı, həmçinin Türkiyənin dövlət bayrağının da yandırıldığı qeyd edilir.
Türkiyə XİN Livan səfirinə iradlarını çatdıraraq belə təxribatçı aksiyalara son qoyulmasını və Beyrutdakı səfirliyin təhlükəsizliyinin təmin edilməsini tələb edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin