Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 13:50
Rəqqasə Fatimə Fətəliyeva böyük məclis keçirəcək.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi martın 29-da ad günü münasibətilə şou əhlini bir araya yığacaq.
Fatimə bunun üçün hazırlıqlara indidən başlayıb. O, müğənni Ramal İsrafilovdan mahnı alacaq və özəl günündə qonaqlar üçün səsləndirəcək. Fatimə mahnı üçün rəqs də hazırlayıb.
Qeyd edək ki, Ramal bir müddət əvvəl Fatimənin oxumağını tənqid edərək "Fatimə, oxuma, millətin zövqünü korlama" sözlərini demişdi.