Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“O qədər cılızam ki, övladlarım üçün yaşayım?” - VİDEO

“O qədər cılızam ki, övladlarım üçün yaşayım?” - VİDEO

Tarix: 21 Fevral 2022 15:15

Əməkdar artist Elza Seyidcahan növbəti açıqlaması ilə müzakirə yaradıb. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, "Sözbaz" proqramına qonaq olan sənətçi övladlarından bəhs edib. Elza deyib ki, o, uşaqları üçün yox, xalqı üçün yaşayır:

"Allahı sevirəm. Övladlar Allahındır. Elə adamlar var ki, deyirlər: "Mən həyatda oğlum-qızım üçün yaşayıram. Onlara heç nə olmasın". O insanlara kasıb kimi baxıram. Mən xalqımız üçün yaşayıram. O qədər cılızam ki, oğlum-qızım üçün yaşayım? Onları böyütmüşəm, öz həyatları var. Mən heç onlara da məxsus deyiləm. Xalqımıza məxsusam, Allahınam. Anamı sevirəm. Uşaqlar da məni sevsin. Niyə onları sevməliyəm? Bol-bol sevgi verdim, evləndirdim, toylarını, uşaqlarının ad günlərini etdim. Edəcəm də. Artıq onlar mənim borcumu qaytarmalıdırlar".


Etiketlər:  qədər cılızam övladlarım üçün yaşayım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ