Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktrisanın açıqlamasından sonra arxiv FOTOları gündəm oldu

Aktrisanın açıqlamasından sonra arxiv FOTOları gündəm oldu

Tarix: 22 Fevral 2022 12:10

Sonuncu dəfə "Aşk taktikleri" filminə çəkilən türkiyəli aktrisa Demet Özdemir Oğuzhan Koçla evlənmək qərarı verdikdən sonra şou-biznes gündəmindən düşmür.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu dəfə aktrisanın plastik əməliyyat barədə söylədikləri sosial mediada izləyiciləri arasında müzakirə mövzusuna çevrilib.

O, əvvəl heç vaxt plastik əməliyyat elətdirmədiyini deyib.

"Plastik əməliyyat etdirməmişəm. Botoksum da yoxdur. 9 ildir seriallara çəkilirəm. Əməliyyat üçün vaxtı hardan tapasıyam? 16 yaşımdakı fotomu 30 yaşımdkı fotomla yanaşı qoyurlar. Əlbəttə eyni olmayacaq!", - deyən aktrisanın arxiv fotoları görənlərdə təəccüb yaradıb.

Təkcə üz yoqası ilə məşğul olan aktrisa deyib ki, 40 yaşına qədər botoks elətdirməyi fikirləşmir.


Etiketlər:  Aktrisanın açıqlamasından sonra arxiv FOTOları gündəm oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ