Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2022 16:02
Ukrayna prezidenti Vladimir Zelenski "Şimal axını 2"nin tamamilə dayandırılmasının vacibliyini bəyan edib.
Sonxeber.net xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd olunur ki, Zelenski deyib ki, Rusiyaya qarşı sanksiyalara "Şimal axını 2" qaz kəmərinin tamamilə bağlanması daxildir.
Məlumat üçün bildirək ki, Avstriya kansleri də bu məsələyə münasibət bildirib. O, "Şimal axını 2"nin Aİ-nin geniş sanksiyalarından təsirlənəcəyini istisna etməyib.