Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

400-dən çox şəxs üçün kiçik bizneslər yaradılıb

400-dən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Tarix: 22 Fevral 2022 16:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.

Nazirlikdən Sonxeber.net-a verilən xəbərə görə, həftə ərzində paytaxt və regionlarda daha 406 işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.

Onların mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir.

Bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 1200-dək işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib.


Etiketlər:  dən çox şəxs üçün kiçik bizneslər yaradılıb


RƏYLƏR