Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Marsel'' erməni qapıçısını Bakıya gətirməyəcək

''Marsel'' erməni qapıçısını Bakıya gətirməyəcək

Tarix: 22 Fevral 2022 20:38

Fransanın "Marsel" komandası erməni əsilli qapıçı Manuel Nazaretyanı "Qarabağ"la keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü üçün Bakıya gətirməyəcək.

Milli.Az report-a istinadən bildirir ki, B siyahısından 3-cü qolkiper qismində kamerunlu Simon Nqapanduetnbu səfər çıxan heyətə daxil edilib.

Komandanın A siyahısındakı əsas qapıçıları isə Pau Lopes və Stiv Mandanda olub. Baş məşqçi Xorxe Sampaoli Nazaretyanla yanaşı, yerli qapıçı Fabio Vannini də Marseldə saxlayıb.

Nazaretyan "Marsel"in gənclər komandasında yetişib. 21 yaşlı qolkiper həm Ermənistan, həm də Fransa vətəndaşıdır.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Milli.Az


Etiketlər:  Marsel erməni qapıçısını Bakıya gətirməyəcək


RƏYLƏR