Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 11:20
ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində tələbə qatar bələdçisini qarət edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 18 yaşlı Sion Braun yarı avtomatik tapança ilə ona hücum çəkərək soyğunçuluq edib. Cinayət anı müşahidə kameralarına düşüb. Braun təxminən 110 dollar apara bilib və silahı zibil qutusuna atıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və hadisəni törədən şəxsin fotolarını yayıb. Polis məlumatında olan şəkilləri görən gəncin anası oğlunu axtarışda olan soyğunçu kimi tanıyıb və onu şəxsən polis bölməsinə aparıb.
İlk iclasda Braunun vəkili bildirib ki, oğlan cinayəti yalnız ac olduğu və yemək üçün pula ehtiyacı olduğu üçün törədib. Buna cavab olaraq hakim bəyan edib ki, o da vaxtilə ac tələbə olub, lakin heç vaxt silahlı soyğunçuluğa əl atmayıb.
Hakim Braunun zaminə buraxılmasını rədd etmək qərarına gəlib və növbəti iclası martın 4-nə təyin edib.