Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub

Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub

Tarix: 6 Sentyabr 2019 15:00

Bakı. Trend:

Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş X.Axundov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.

Eyni zamanda polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ü.Məmmədov tapdığı “TT” markalı tapançanı, 15 ədəd patronu və 2 ədəd patron darağını könüllü olaraq Səbail Rayon Polis İdarəsinə təhvil verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ