Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 10:00
"Atası dünyasını dəyişəndə Şəhriyarın üç yaşı var idi. Ondan sonra da Ağdam işğal edildi və Səxavət müəllimin məzarı da işğalda qaldı, ziyarət edə bilmədik. Düzəltdirdiyimiz baş daşını da bir neçə il qapıda saxladıq, sonra dedilər ki, düşər-düşməzi olar və ona görə də geri qaytardıq".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Əməkdar artist Firuz Səxavət xanəndə qardaşı Səxavət Məmmədov haqqında danışarkən deyib. F.Səxavət otuz ildən sonra qardaşı oğlu Şəhriyarın atasının məzarını ziyarət etdiyini bildirib:
"Şəhriyar indi otuz beş yaşı var, otuz ildən sonra gedib atasının məzarını ziyarət edib. Ziyarətdən qayıdandan sonra hələ inanırsınız ki, onu görməmişəm. Səxavət müəllimin məzarını biz də ziyarət etmişik və şəklini də vurmuşuq. Məzarın təmir işlərini isə inşallah Ağdama qayıdandan sonra edəcəyik".
Qeyd edək ki, Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib.