Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"BP" Direktorlar Şurasının sədri Azərbaycanda şirkətin biznesi ilə tanış olur

Tarix: 6 Sentyabr 2019 16:12

Bakı. Sara İsrafilbəyova - Trend:

“BP Group” şirkətinin Direktorlar Şurasının sədri Helge Lund Bakıya ikigünlük işgüzar səfər edib.

Bu barədə Trend-ə “BP Azerbaijan”dan bildiriblər.

Məlumata əsasən, bu ilin yanvar ayında vəzifəyə təyin olunmuş H.Lund BP-nin aparıcı biznes regionları ilə tanış olur:

“Lundun səfər proqramına “BP Azerbaijan”ın rəhbərliyi və əməkdaşları işə görüşlər daxildir. Bu görüşlər zamanı o, BP-nin regiondakı biznesinin bütün aspektləri barədə məlumat alıb”.

Şirkətdən bildiriblər ki, bu gün H.Lund nazirlərlə və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirir.


Etiketlər:  BP Direktorlar Şurasının sədri Azərbaycanda şirkətin biznesi ilə tanış olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ