Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanovun jesti dünya KİV-lərinin manşetində - FOTO

Qurban Qurbanovun jesti dünya KİV-lərinin manşetində - FOTO

Tarix: 25 Fevral 2022 10:42

Ötən gün keçirilən "Qarabağ" - "Marsel" oyununda maraqlı anlar yaşanıb. "Qarabağ"ın hücumçusu İbrahim Vacinin əl ilə rəqibin qapısına vurduğu qolu hakim qeydə alsa da, Qurban Qurbanovun müdaxiləsindən sonra Vaci qolu əli ilə vurduğunu etiraf edib və qol qeydə alınmayıb.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun bu nümunəvi hərəkəti xarici KİV-lərdə böyük rezonans doğurub. 

Belə ki, "The Sun", "Eurosport", "Mirror" və "Match TV" kimi dünyanın aparıcı KİV-ləri baş məşqçimizin bu hərəkətini yüksək qiymətləndirib.

Xatırladaq ki, Bakıda oynanılan matç "Qarabağ" klubunun 0:3 məğlubiyyəti ilə yekunlaşıb. Ağdam təmsilçisi bu mövsümlük Avrokuboklarda müzabirəzini dayandırıb. Qurban Qurbanov isə bu jesti ilə hələ çox müzakirə olunacaq.

Milli.Az


Etiketlər:  Qurban Qurbanovun jesti dünya KİV lərinin manşetində FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ