Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 11:18
Ukraynanın paytaxtı Kiyevdən 10 km aralıdakı Qostomel şəhəri uğrunda qanlı döyüşlər gedir.
Sonxeber.net Ukrayna mediasına istinadən bildirir ki, şəhərdəki "Antonov" beynəlxalq aeroportunu ələ keçirmiş Rusiya xüsusi təyinatlıları müzasirəyə alınıblar. Təqribən 100 hərbçi təslim olmaqla bağlı təklif alsalar da, silahı yerə qoymayıblar.
Ukrayna Silahlı Qüvvələrinin birləşmələri aeroportu tam azad etmək məqsədilə hücumları davam etdirir.
Mühasirəyə alınmış xüsusi təyinatlıları xilas etmək üçün Rusiyanın Müdafiə Nazirliyi Belarusdan zirehli texnika dəstəsini Qostomelə yollayıb.
Tanklardan ibarət dəstə artıq Dımer şəhəri yaxınlığındadır.