Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xorvatiya millisinin heyətində dəyişiklik

Xorvatiya millisinin heyətində dəyişiklik

Tarix: 6 Sentyabr 2019 19:20

Avro-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycanla qarşılaşacaq Xorvatiya millisinin heyətində dəyişiklik olub.

Qol.az-ın Xorvatiya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, yığmanın futbolçusu Tin Yedvay məşq zamanı zədələnib. Tibbi müayinədən keçən "Bayer"in müdafiəçisinin hər iki qarşılaşmanı buraxacağı dəqiqləşib. Bu səbəbdən o, millidən kənarlaşdırılıb. T.Yedvayın əvəzinə milliyə "Hayduk"un futbolçusu Yosip Yuranoviç çağırılıb.

Qeyd edək ki,  Xorvatiya yığması bu gün Slovakiyanın, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.

 


Etiketlər:  Xorvatiya millisinin heyətində dəyişiklik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ