Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 00:25
Müğənni Mətanət Əsədova bu il ana olmaq istədiyini açıqlayıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə ifaçı "Tam vaxtıdır " verilişində danışıb.
O, deyib ki, bu il övlad sahibi olmaq istəyir.
Müğənni verilişin aparıcısı Roza Zərgərlinin "Deyəsən, aşiqsən. Ailə qurursan" sualına gəlincə bunları söyləyib:
"Bunu burada açıqlamaq istəmirəm. Açıq deyim, sevirəm. Evliliklə bağlı bir plan var. Qarşı tərəfdən neçə aydır deyilir. Mən kişi olsam, sevdiyim qadını da xoşbəxt edərdim. Eləcə də indi qarşımdakı bəy də xoşbəxtdir ki, yanında mənim kimi xanım var ".