Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 01:34
Polşa millisi DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə matçdan imtina edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa özünün Tviter səhifəsində yazıb.
O, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kəskinləşdiyi üçün bu ölkənin yığması ilə görüşmək niyyətində olmadıqlarını bildirib:
"Bu, yeganə düzgün qərardır. FİFA-ya ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq".
Millinin kapitanı Robert Levandovski də federasiyanın mövqeyini dəstəkləyib:
"Rusiyalı futbolçular və azarkeşlər buna görə məsuliyyət daşımırlar. Amma heç nə baş vermədiyini iddia edə bilmərik".
Qeyd edək ki, pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb.