Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 16:30
Boyun və onurğa sütunundakı xırçıltılar əzələ gərginliyinə işarədir ki, bu da yırtıqlara və sinirlərin sıxılmasına səbəb ola bilər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı terapevt Artyom Ranyuşkin danışıb.
"Boyun və onurğa sütununda hər hansı bir xırçıltı, hər hansı bir hərəkətin çətinliyi əzələlərdə problemlərin olduğunu göstərir və onları həll etmək lazımdır. Əks təqdirdə, bu, sinirlərin sıxılmasına, fəqərə çıxıntılarına, yırtıqlara və müvafiq olaraq, ən kəskin ağrılara, qollarda və ya ayaqlarda hissiyatın itirilməsinə səbəb ola bilər", - deyə mütəxəssis bildirib.
Ranyushkinin sözlərinə görə, kəskin ağrılar hələ yoxdursa, o zaman problemi idman terapiyası məşqləri və masajla həll etmək olar. Vəziyyət pisləşirsə, artıq terapevtlə əlaqə saxlamaq mütləqdir.