Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 09:15
Rusiyanın ən böyük informasiya agentliyi olan "RİA Novosti" obyektiv, dürüst və qərəzsiz informasiya siyasətindən nə qədər kənar olduğunu göstərib.
Sonxeber.net bildirir ki, agentliyin saytında "Rusiyanın və yeni dünya düzəninin hücumu" adlı geniş məqalə dərc olunmuşdu. "RİA Novosti"nin köşə yazarı, ura-patriot "Vzqlyad" saytının baş redaktor müavini Pyotr Akopovun geniş yazısı "Rusiyanın Ukraynadakı hərbi əməliyyatları qısa müddətdə uğurla başa vurması"na və "Ukraynanın Rusiyaya qatılması"na həsr olunmuşdu.
P.Akopov vəcdə gələrək yazmışdı: "Ukrayna probleminin həllini gələcək nəsillərə tapşırmadan çözdük və bu problem artıq yoxdur.
Yazı agentliyin saytında az müddət qalandan sonra yığışdırılıb.
"RİA Novosti"nin saytdan sildiyi məqalə ilə bu ünvanda tanış ola bilərsiniz.