Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Rusiyanın üzərindən xətt çəkdi: Türkiyə və Azərbaycana üz tutdular

Avropa Rusiyanın üzərindən xətt çəkdi: Türkiyə və Azərbaycana üz tutdular

Tarix: 28 Fevral 2022 17:16

Rusiyanın işğal əməliyyatlarından sonra Şimal Axını 2 layihəsinin təxirə salınması Türkiyəni bu sahədə strateji ölkəyə çevirib.

Milli.Az "yeni safak"a istinadən xəbər verir ki, türkiyəli ekspert Gürkan Kumbaroğlu bildirib ki, bundan sonra Avropa Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) və Azərbaycanın təbii qazının nəql olunduğu Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) daha çox maraq göstərəcək. Hər iki boru xəttinin Türkiyədən keçdiyinə diqqət çəkən ekspertin sözlərinə görə, Avropa TAP və TANAP-ın tutumunun artırılmasını nəzərdən keçirəcək.

Həmçinin Aralıq dənizindəki İsrail və Misir qazının Türkiyə üzərindən Avropaya çatdırılması planları gündəmə gələcək.

Milli.Az


Etiketlər:  Avropa Rusiyanın üzərindən xətt çəkdi Türkiyə Azərbaycana tutdular


RƏYLƏR