Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyev teleqülləsi vuruldu: 5 ölü, 5 yaralı - FOTO

Kiyev teleqülləsi vuruldu: 5 ölü, 5 yaralı - FOTO

Tarix: 1 Mart 2022 21:08

Kiyev teleqülləsinin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin feysbuk səhifəsində bildirilir.

İlkin məlumatlara görə, Kiyev teleqülləsinə iki raket düşüb. Teleqülləni elektrik enerjisi ilə qidalandıran transformator yarımstansiyası, eləcə də idarəetmə otağı zədələnib.

Teleqüllənin atəşə tutulması nəticəsində bəzi telekanalların yayımı dayanıb.

Yaxın saatlarda kanalların bir hissəsinin yayımı bərpa olunacaq.

Milli.Az


Etiketlər:  Kiyev teleqülləsi vuruldu ölü yaralı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ