Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2022 19:30
Rusiyanın Avroviziya-2021 mahnı müsabiqəsindəki təmsilçisi, BMT-nin Qaçqınlar üzrə Agentliyinin Rusiyanın ilk xoşməramlı səfiri, müğənni Manija Ukraynadakı hərbi əməliyyatlardan danışıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi instaqramda post paylaşaraq sülh istədiyini qeyd edib.
Müğənni bildirib ki, uşaqlar, qadınlar, əsgərlər ölür:
"600 mindən çox insan öz doğma yurd-yuvasını tərk edib, var-dövlətini qoyub. Milyonlarla insan sığınacaqlarında qalır. Uşaqlar qorxudan travma almış bütöv bir nəsildir".