Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə müdafiə potensialını gücləndirir - VİDEO

Bu ölkə müdafiə potensialını gücləndirir - VİDEO

Tarix: 2 Mart 2022 20:18

Ukraynadakı müharibə fonunda Avstriyanın müdafiə naziri Klaudiya Tanner müdafiə potensialını gücləndirmək istəyir. Planlara Vyana yaxınlığındakı bu yeni təlim bazası kimi infrastrukturun inkişafı, silah və texnologiyaların modernləşdirilməsi daxildir.

Milli.Az Euronews-a istinadən xəbər verir ki, nazir son bir neçə ildə büdcənin artdığını xatırladıb.

"Bu gün bu, ildə 2,71 milyard avrodur - Avstriya üçün tarixi maksimumdur", - Tanner bildirib: "Amma biz özümüzü heç vaxt aldatmamışıq, bu, əlbəttə ki, onilliklər boyu laqeydliyi kompensasiya etmək üçün kifayət deyil".

Avstriya daimi neytral ölkədir və 50-ci illərdən etibarən xarici siyasətini bu xüsusi statusa əsaslanaraq qurur, müharibələrdə və hərbi ittifaqlarda iştirakdan yayınır. Və müdafiəyə az xərcləyir.

Belə ki, digər neytral ölkələr, Finlandiya və İsveç ÜDM-in demək olar ki, yüzdə bir yarımını orduya, Avstriyaya isə 0,6 faizdən çox olmayaraq ayırır.

Köhnə infrastruktur, mütəxəssis çatışmazlığı - bu, hərbi müşahidəçi Martin Rosenkranzın danışdığı problemlərin natamam siyahısıdır. "Son illərdə Avstriya aşağı öldürücü gücə malik silahlara arxalanır", - o dedi.

Bu gün Vyana başa düşür ki, neytrallıq silahsız qalmaq üçün bəhanə deyil. Hökumət hərbi sektora əlavə sərmayə qoyuluşu ilə bağlı fəal məsləhətləşmələr aparır.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Bu ölkə müdafiə potensialını gücləndirir VİDEO


RƏYLƏR