Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya enerji bazarında yeni rekordlar - Sanksiyalar qlobal iqtisadiyyatı çalxalayır - VİDEO

Dünya enerji bazarında yeni rekordlar - Sanksiyalar qlobal iqtisadiyyatı çalxalayır - VİDEO

Tarix: 3 Mart 2022 15:32

Bütün dünya 3-cü dünya müharibəsinin başlama təhlükəsindən narahat olduğu dövrdə enerji daşıyıcılarının qiymətləri bəşəriyyətə iqtisadi böhran vəd edir. Rusiyanı təcrid etməklə savaşı dayandırmaq istəyən qərbin özü əsas idxal etdiyi məhsulların bahalaşması ilə qarşılaşıb. Ekspertlər vurğulayırlar ki, ukraynadakı müharibə davam etdikcə, enerji daşıyıcılarının qiymətləri də artacaq.

Rusiya-Ukrayna müharibəsinin 7 günündə qlobal iqtisadiyyat enerji daşıyıclarının qiymətlərində qeydə alınan rekordlarla çalxalanır. Avropa şaxtalı qışı arxada qoysa da, ehtiyac duyduğu qazın bugün 1000 kubmetri 2226 dollaradək bahalaşıb. Bu cəmi bir neçə ay əvvəlki qiymətlərlə müqayisədə dəfələrlə bahadır.

Mavi yanacaqla bərabər qara qızılın qiymətində ciddi artım müşahidə edilir. İndi Azərbaycan neftinin hər barreli dünya bazarında təqribən 112 dollara təklif edilir. Neft sonuncu dəfə 8 il əvvəl belə yüksək qiymətə təklif edilirdi. Enerji daşıyıclarının qiymətindəki təlatümün bir səbəbi də dünyanın əsas neft-qaz ixracatçılarından biri olan Rusiyanın bəzi Avropa ölkələrinin qaza olan təlabatında hətta 100 faizlik paya malik olmasıdır.

Ümumilikdə Avropanın qaz ehtiyacının 41 faizini ödəyən Rusiya həm də köhnə qitəyə hər gün 3 mln barrel neft ixrac edir. Ukraynaya reallaşan hücuma qitə ölkələrinin sanksiya ilə cavab verməsi Avropanı yeni bazarlar axtarışına vadar edir. Neft-qaz ölkəsi olan Azərbaycan Avropanın qaza olan təlabatının 2 faizini ödəyir. Sanksiyalar fonunda TAP və TANAP boru kəmərlərinin önəmi daha da aktuallaşır.

İqtisadçı ekspert deyir ki, tətbiq edilən sanksiyalara qoşulacaq ölkələrin sayı artdıqca neft və qazın qiyməti daha da yüksələcək.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Dünya enerji bazarında yeni rekordlar Sanksiyalar qlobal iqtisadiyyatı çalxalayır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ