Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 17:35
79-cu dəfə keçirilməsi planlaşdırılan Venesiya Film Festivalının təşkilatçıları Rusiya nümayəndə heyətinin tədbirdə iştirakını qadağan edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, təşkilatçıların yayımladı bəyanatda nümayəndə heyətini qəbul etməkdən imtina edilsə də, müstəqil rus kinorejissorlarının festivala daxil olmasına icazə verəcəyi bildirilib.
Həmçinin bəyanatda Ukrayna xalqına və onun sənətçilərinə tam dəstəklədiklərini, Rusiyanın isə hərbi təcavüzünü pislədiklərini vurğulayıblar.
Qeyd edək ki, ötən gün Kann Film Festivalı da eyni bəyanatla çıxış edərək, Rusiyanın rəsmi nümayəndə heyətini qəbul etməkdən imtina ediblər.