Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 08:18
Fransa Prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumlarını dayandırmaqdan imtina etdiyini bildirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Makron özünün tviterdəki hesabında yazıb.
"Mən prezident Putinlə danışdım. İndiki mərhələdə o, Ukraynaya hücumlarını dayandırmaqdan imtina edir. Hazırda insan faciəsinin qarşısını almaq üçün dialoqun davam etdirilməsi vacibdir. Mən səylərimi və əlaqələrimi davam etdirəcəyəm. Biz ən pisdən qaçmalıyıq", - Makron əlavə edib.