Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 10:48
Rusiyanın Ukraynaya qarşı başlatdığı xüsusi hərbi əməliyyatın 9-cu günündə Rusiya tərəfi bütün istiqamətlərdə itkilər verir.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
"Düşmənin bütün istiqamətlərdə itkiləri var. Ruhdan düşən rusiyalı hərbçilər təslim olurlar və texnikalarını atırlar. Bu qənimətlər rus işğalçılarını dəf etməyə kömək edir. Mübarizə davam edir", - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, Rusiya qoşunlarının əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrinin müqavimətini zəiflətməyə yönəlib: "Eyni zamanda, Rusiya tərəfi operativ ehtiyatlarının əsas hissəsini tükədib və Cənub və Şərqi Hərbi dairələrdən əlavə qüvvə və vasitələrin köçürülməsi ilə bağlı hazırlıqlara başlayıb".