Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 13:50
Müğənni Samirə Yusifqızı efirlərdə meyxana deməsindən danışıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ifaçı "Tam vaxtıdır" verilişində bu sözləri deyib:
"Mən 1994-cü ildə Ağasəlim Çıldaqla meyxana demişəm. Həmin vaxtlar televiziyalar məni dəvət edirdi, getmirdim. Hamısına qəti yox, olmaz deyirdim. Çünki qadının meyxana deməsinə yaxşı baxmırdılar. Heç o vaxtlar kişinin meyxana deməsinə yaxşı baxmırdılar. Estrada, muğamı bitirmiş bir ifaçıyam. Bəzən uşaqlar mənə sataşırdı ki, başına kepka qoy, əlinə də təsbeh al. Xalq artisti Əlibaba Məmmədovun tələbəsi olmuşam. Ağaxan Abdullayev kimi sənətkarlarla eyni səhnəni bölüşmək hər kəsin işi deyil, amma mən bölüşmüşəm".