Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xorvatlar Bakıda – birbaşa fitnesə getdilər

Xorvatlar Bakıda – birbaşa fitnesə getdilər

Tarix: 8 Sentyabr 2019 12:12

Xorvatiya milli komandası dünən Bakıya gəlib.

Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zlatko Daliçin komandası hava limanından otelə deyil, birbaşa fitnes zala yollanıb. Qeyd edilib ki, xorvatlar Azərbaycanla oyuna ciddi yanaşır.

Qeyd edək ki, Xorvatiya millisi bu gün "Bakcell Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

Sabah isə həmin arenada Azərbaycan və Xorvatiya arasında “Avro-2020”nin seçmə oyunu keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. 

 


Etiketlər:  Xorvatlar Bakıda birbaşa fitnesə getdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ