Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2022 10:28
ABŞ Dövlət Departamenti, Pentaqon və digər ABŞ agentlikləri Vladimir Zelenski hökumətinin Ukraynanı tərk etməli olacağı təqdirdə planlarını, o cümlədən Zelenskinin Polşada sürgündə Ukrayna hökumətini quracağı ssenarisini hazırlayır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post" (VP) qəzetinə adı açıqlanmayan Vaşinqton rəsmilərindən biri deyib.
"Mümkün olan hər bir hadisə üçün fövqəladə hallar planı hazırlayırıq", - rəsmi qeyd edib.
Nəşr bildirib ki, Zelenski ABŞ rəsmiləri ilə Kiyevdən Polşa sərhədinə yaxın olan Lvova gedib-getməməyi müzakirə edib.
Adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmurun sözlərinə görə isə Zelenskinin mühafizəçiləri onu və kabinet üzvlərini tez bir zamanda köçürməyə hazırdırlar.
"Vaşinqton Post" onu da vurğulayıb ki, Zelenski bu günə qədər Kiyevi tərk etməkdən imtina edir.