Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 09:44
Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putindən xahişi ilə Rusiya Silahlı Qüvvələri yerli vaxtla saat 10:00-dan (Bakı vaxtı ilə saat 11:00) sükut rejimi elan edir və Kiyev, Mariupol, Xarkov və Sumıdan humanitar koridorları açır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Humanitar Qərargahı Ukrayna tərəfindən humanitar dəhlizlərin yaradılması və dinc sakinlərin və xarici vətəndaşların çıxarılmasını təmin etmək üçün şərtlərin yerinə yetirilməsini tələb edib.