Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 17:20
Taksi sürücülərinin iş rejminə nəzarət mexanizmi yoxdur.
Bəzi taksi sürücüləri iş rejminə əməl etmir və sükan arxasında saatlarla sərnişinlərə xidmət göstərirlər.
Vətəndaşlar deyirlər ki, elə bu səbəbdən də taksi xidmətində keyfiyyət düşüb, təhlükə isə artıb.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, taksi sektorunun hüquqi bazasında ciddi boşluqlar var. Bu sektora nəzarətin aşağı səviyyədə olması fərqlənmə nişanı olmadan taksi xidməti göstərənlərin sayını artırıb. Üstəlik, taksi şirkətlərinin bəziləri də qanun pozuntusuna yol verirlər.
Onun sözlərinə görə, bu sahə nəzarətə götürülməlidir.
Ekspert hesab edir ki, hüquqi baza formalaşmasa, bu sahəyə nəzarət daha da zəifləyəcək və neqativ halların sayı artacaq.
Sonxeber.net xezerxeber.az-a istinadla videomaterialı təqdim edir: