Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 14:18
Türkiyə Silahlı Qüvvələri "Fırat Kalkanı" ("Fərat Qalxanı") əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozaraq atəş açan PKK/YPG-PYD terror qruplaşmasının 12 silahlısını zərərsizləşdirib.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.
Qeyd edək ki, "Fırat kalkanı" əməliyyatının keçirildiyi bölgə Türkiyə ilə Suriya sərhədində yerləşir.
Türkiyə Silahlı Qüvvələri həmin ərazidə Azad Suriya Ordusu ilə birlikdə 2016-cı il avqustun 24-də İŞİD, PKK/YPG-PYD terror qruplaşmalarına qarşı antiterror əməliyyatı həyata keçirib.
Ərazi terrorçulardan 2017-ci il martın 29-da təmizlənib. Hazırda bölgə Türk hərbçiləri və Azad Suriya Ordusnun nəzarəti altındadır.