Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 00:00
"Azov" batalyonu və Ukrayna Silahlı Qüvvələri Kiyevin bir neçə müdafiə xəttini təmin edir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə yerli kanalların birinə Milli Korpusun Mərkəzi Qərargahının rəhbəri, hazırda paytaxtdakı "Azov" komandirlərindən biri olan Maksim Jorin danışıb.
"Mühəndis texnikası, hərbçilərin köməyi ilə tikilən bir neçə müdafiə xətti Kiyevi xilas edəcək. Onlarda heç nə alınmayacaq. Biz Kiyevin müdafiəsi ilə məşğuluq. Əsas istiqamətlər İrpen, Buça, Vorzel, Yasnoqorodkadır. Artıq günlərdir ki, Moşçun qəsəbəsi ərazisində döyüşlər gedir. Düşmən bir neçə dəfə hücuma keçməyə və müdafiəmizi yarmağa cəhd edib. Lakin Moşçun bizim nəzarətimizdə qalır, İrpen çayını keçməyi bacaran bütün texnika zərərsizləşdirilib", - Jorin vurğulayıb.