Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2019 07:48
Bakı. Sara İsrafilbəyova - Trend:
Bu günədək Polşa Azərbaycan iqtisadiyyatına 20,4 milyon dollar investisiya qoyub.
Bunu Trend-ə Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı xarici ticarət nümayəndəliyinin direktoru Elnarə Məmmədova deyib.
O qeyd edib ki, Azərbaycan öz növbəsində Polşa iqtisadiyyatına 10 milyon dollar investisiya yatırıb.
E.Məmmədovanın sözlərinə görə, Azərbaycanda 18 Polşa şirkəti qeydiyyata alınıb:
"Bu şirkətlər xidmətlər, sənaye, ticarət və digər sahələrdə işləyir. Eyni zamanda, bizim əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradılıb, 50-yə yaxın ikitərəfli sənəd imzalanıb".
Nümayəndəlik direktoru bildirib ki, Polşanın Mərkəzi Statistika İdarəsinin məlumatına əsasən, 2018-ci ildə Polşa ilə Azərbaycan arasında ticarət mübadiləsi 95 milyon dollar təşkil edib. 81 milyon dollar Polşadan (12 faiz artım), 14 milyon dollar Azərbaycandan olan ixracın (6 faiz artım) payına düşüb:
"Əlbəttə, bu artım müsbət qiymətləndirilir, amma mövcud potensialı nəzərə alsaq, əsas hədəf ticarətin həcminin artırılması və onun strukturunun şaxələndirilməsidir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin