Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 07:14
Rusiya ordusunun Xarkov şəhərini atəşə tutması nəticəsində 170 dinc sakin həlak olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Xarkov vilayəti üzrə İstintaq İdarəsinin rəisi Sergey Bolvinov "Facebook"da məlumat verib.
"08.03.22-ci il saat 18.00-a olan məlumata görə, Xarkov və bölgədə 5-i uşaq olmaqla 170 dinc sakin öldürülüb. Təkcə son 24 saat ərzində Xarkovda 27 dinc sakin öldürülüb", - deyə Sergey Bolvinov bildirib.