Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 14:00
Rusiya prezidenti Vladimir Putinin qızı Luiza Krivonoqih sosial şəbəkə hesabını silib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, Rusiyanın Ukrayna işğalçı hücumundan sonra Luizanın ünvanına xeyli təhqirlər yazılıb.
Daha çox lüks həyat tərzi ilə seçilən 18 yaşlı Krivonoqih bunlardan sonra 100 min izləyicisi olan instaqram hesabını silib.
Qeyd edək ki, o, sosial şəbəkədə ukraynalıların ünvanına "Sıçovul kimi sığınacaqlarda yaşayırsınız?" sözlərini yazıb. Bundan hiddətlənən istifadəçilər "Şeytanın qızı", "Müharibənin günahkarı" kimi şərhlər yazaraq Luizaya qarşılıq veriblər.